MANUAL QA Dərsləri

Posted on 2023-03-21 03:53:28
Hər vaxtınız xeyir, dostlar!

Birbaşa kursa keçid üçün: Link
Bu məqamı sizinlə təkrar-təkrar bölüşməyə və xatırlatmağa özümə borc bildim. Bizi izləyənlər bizim kursları endirimli almaq imkanı əldə etməlidirlər. Hal-hazırda üzərində işlədiyimiz kursun qiyməti hər ay qalxacağına görə, sizə indi qoşulmağı tövsiyyə edirəm.
Manual QA hal-hazırda Azərbaycanda günü gündən aktuallaşan İT sahələrindən biridir. Bu sahəni mənimsəməyiniz üçün hazırda Amerikada bu sahədə çəlışan həmkarlarım ilə birlikdə Azərbaycan dilində kurs hazırlayırıq. Kursun dərsləri o qədər də tez əlavə olunmur, amma çox keyfiyyətli və başa düşülən formada hazırlanır və sizlərə çatdırılır.
Manual QA haqqında kanalımızda da videolar var. Tanış ola bilərsiniz. Amma yenə də əgər sual versəniz ki:
1. NİYƏ MƏN SİZİN MANUAL QA-dən HAZIRLAŞMALIYAM?!
1.1 İlk öncə deyim ki, seçiminizdə azadsınız. Lakin kurs Amerikada iş tələblərinin hamısını ödəyir. Yəni ingilis dilini bildiyiniz halda, xarici şirkətlərə də işləyə bilərsiniz. Proqramın əsasında olan dərslərimizdən hətta qeyri İT sahəsində olanlar da faydalanıb, İT sahəsinə keçid edə bilərlər. Əslində edənlər artıq var. (Çalışacağıq bununla bağlı bir video hazırlayaq.)
1.2. Kurs Azərbaycan dilindədir. Nə qədər xarici dil biliyimiz olsa da, ana dilindən əziz və qulağımıza xoş, beynimizə rahat gələn dil olmur. Azərbaycan dilində kurslara baxarkən, şəxsən özüm elə hiss edirəm ki, elə bil dostum izah edir. Bu arada rus sektoru olmuşam.
1.3. Bizimlə daima inkişafda olacaqsınız. Əlbəttə ki, biz sizə dəstək olub, kömək etməyə hazırıq. Sizin öyrənib iş tapmağınız, həm də bizim uğrumuzdur.
1.4. Digər kurslarımıza endirim almaq şansı. Biz bizimlə olanlara indi endirim təqdim etdiyimiz kimi, bizim kurslara qoşulanlara da əlavə endirim təqdim edə bilərik.
2. NİYƏ BƏS QOŞULMAYIM?!
2.1. Oxumayacaqsınızsa. Bəli, əgər sizin kursu bitirib, uğur əldə etmək məqsədiniz yoxdursa, siz məğlub olacaqsınız. Nailiyətlərimiz ortaq olduğu kimi, məğlubiyyətimiz də ortaqdır.
2.2. Vaxtınız yoxdursa. Əgər oxumağa vaxtınız yoxdursa deməli 2.1ci bəndə baxın.
2.3 Bəhanə tapmaqdan diplom işi yaza bilirsinizsə. Nəticədə 2.1ci bənd olacaq.
Siyahıları uzun uzadı edə bilərdim, amma daha çox vaxtınızı almaq istəmirəm.