Haqqımda

Qısa məlumat!

Həvəskar developerin birdən ağlına gəldim. Fikirləşdi məni Youtube platformasında yaradıb, inkişaf etdirsin. Sonra söhbət daha da ciddiləşdi. Deyəsən məni bəyəndi və demək olar bütün sosial şəbəkələrdə yaratdı. Amma ad günümü 23 iyul qeyd etməyi qərarlaşdırdıq.

Uzun sözün qısası həmin developer mənim kölgəmdir deyə bilərəm. Məqsədimiz öyrəndikcə, bildiklərimizi paylaşmaqdır. Hal hazırda mənim üzərimdə bacardığı qədər işləyən həvəskar developer, artıq tam olaraq git dərslərini paylaşıb. Dərslər youtube-da olduğu kimi Udemy platformasında da var. Fərq biri pulsuz, o biri ödənişli olmaqdır.

Son zamanlar proyekt yönümlü şablonlar hazırlamaqla. Testing mövzusuna toxunmaqla məşquluq. Vaxtımız olanda mediumda da məqlələr yazırıq. Həyatımda dəyişikliklər beşinci günə düşür. Adətən həvəskar developerin həftəsonu vaxtı olur.


Bacardığımız qədər məqalələrimiz və postlarımız təmənnasız edəcəyik. Hər halda kimsə bizə maddi dəstək olmaq vəya sadəcə minnətdarlıq bildirmək istəsə belə bir ianə yaratmışıq: