XAMPP install etmə qaydası

Posted on 2021-12-06 07:01:14

Sadə və tez.

XAMPP nədir?

XAMPP web proqramlaşdırma üçün nəzərdə tutulan ideal mühitdir, amma rəsmi saytında qeyd edildiyinə əsasən production üçün istifadəyə nəzərdə tutulmayıb. Loru dildə desək öyrəndiyimiz müddətdə kodu yazıb nəticə əldə edə bilərik, amma real işlər üçün bu paketdən istifadə etməyimiz məsləhət deyil. Açılışı belə olacaq:

X - istənilən əməliyyat sistemi;
A - appache server
M - mysql verilənlər bazası üçün
P - php (proqramlaşdırma dili)
P - perl (proqramlaşdırma dili)

Çox uzun uzadı yazmaq istəmirəm. İnanıram XAMPP nə olduğunu anladınız.

XAMPP necə yükləyirik?

Adi proqramların yüklənməsinə və install edilməsinə oxşayır. Sadəcə rəsmi saytına keçid edib oradan istədiyimiz versiya və əməliyyat sisteminə uyğun yükləyirik. Mən özüm üçün Windows siteminə və phpnin sonuncu versiyasına uyğun olanı seçirəm.

rəsmi saytdan skrinshot

Yüklənən xampp-windows-x64–8.0.13–0-VS16-installer.exe üzərinə iki dəfə klikləyib instalysiyanı başlayıram. Bizdən User Account Controll sistemə proqramı install etmək üçün icazə alacaq, biz razılıq verəndən sonra xəbərdarlıq verir. Ona da ok seçirik. (sizdə bu hissə fərqli olsa problem deyil). Əsas bu pəncərə gəldisə deməli install etmə prosesi normal gedir.

İnstall etmənin ilk pəncərəsi

Burada Wizardla salamlaşıb “Next>” knopkasına klikləyirik və yeni pəncərə qarşımıza çıxır:

İkinci pəncərə

Burada paketin təqdim etdiyi instrumentləri görə bilərik. Hərəsinin qarşısında seçim imkanı verilib. Mən mənə lazım olanları seçirəm. Proyektlərim php proqramlaşdırma dilində olacaq deyə Perldən imtina edirəm. FileZilla artıq məndə install olunub, amma belədə heç istifadə etmək fikirim yoxdur deyə ondan da imtina etdim. Ola bilsin phpMyAdmin lazım olsun, ona görə onu saxladım. Beləliklə mən Apache, MySQL, PHP və phpMyAdmin-i öz windows sistemimdə quraşdırıram. Next kliklədikdən sonra qarşımıza üçüncü pəncərə gəlir.

Üçüncü pəncərə

Üçüncü pəncərədə bizdən harada quraşdırmaq istədiyimizi soruşur. Normalda özü C diskində Program Files/xampp qovluğunu təklif edir. Lakin mən bütün proqramlarımı E diskində saxlamaq istədiyimdən özümə uyğun yolu (E:\Program Files\XAMPP) ona qeyd edirəm. Next edirik, dördüncü pəncərə.

Dördüncü pəncərə

Burada dil seçimini etməliyik. İnterfeysin hansı dildə olmağını istəyiriksə onu da seçirik. Təəssüf olsun ki, cəmi 2 dil seçimi var İngilis və Alman. Mən Alman dilini bilmədiyimə görə üstünlüyü İngilis dilinə verdim. Next edirik, beşinci pəncərə.

Beşinci pəncərə

Beşinci pəncərə Bitnami tərəfindən tanınmış CMSlərin rahat install olunması üçün servis təklif olunur. Burada da mənə lazım olmadığından xanadan işarəni yığışdırıram. Next edirik, altıncı pəncərə install edilməyə hazır olduğunu bildirir.

Bir dənə də Next etməliyik…, instalyasiya bitdikdən sonra XAMPP-ı işlədirik.

Qarşımızda Control Paneli görürük.

XAMPP CONTROL PANEL v3.3.0

Apache və MySQL start edirik ki, serverimiz işləsin. Nəticədə bu cür olacaq:

XAMPP işləyir.

Bu günlük bu qədər. Ümid edirəm köməyinizə çatdı. Bizi izləməyi unutmayın. Sağ olun.

Diqqətiniz üçün təşəkkür.

İanə: https://aytiqaqash.com/donate

Youtube: https://www.youtube.com/c/AyTiQaqa%C5%9F
Facebook Qrup: https://www.facebook.com/groups/aytiqaqash
Facebook Səhifə: https://www.facebook.com/aytiqaqash
Telegram Qrup: https://t.me/aytiqaqashlar
Telegram Kanal: https://t.me/aytiqaqash
İnstagram: https://www.instagram.com/aytiqaqash/
Twitter: https://twitter.com/aytiqaqash