Özüm üzləşdiyimin problem
Salam, dostlar.
Playwright install etdikdən sonra, yoxlamalar üçün yazılan skriptləri işlətmək istəyərkən, qarşıma belə “\nodejs\npx.ps1 cannot be loaded because running scripts is disabled on this system.” xəta çıxır. Problemi həll etmək üçün qeyd olunan linkə keçdim və baxdım necə həll edə bilərəm.

Get-ExecutionPolicy -List vasitəsi ilə biz siyahı əldə edə bilərik ki, görək hansılar ümumiyyətlə var:

Gördüyünüz kimi, hamısı “Undefined” yazılıb. Mən də bilmirəm niyə götürdüm CurrentUser üçün dəyişdim “Undefind” əvəzinə elədim “RemoteSigned”. Fikirləşdim işləməsə başqasını yoxlayaram.
Dəyişmək üçün istifadə etdiyim əmr belə oldu: “Set-ExecutionPolicy -ExecutionPolicy RemoteSigned -Scope CurrentUser”. İşlədi.

Zarafat edirəm, yazılmışdır məqalədə, sadəcə hamısını tərcümə etsəm biraz mənasız olacaq. Oxuyub, qərara gəldim ki, elə ən salamatı RemoteSigned, Current User üçün olsa yaxşıdır. Siz də oxuyub özünüz üçün uyğun gələni edə bilərsiniz. Ya da kor koruna mənə güvənib mən elədiyim kimi həll edə bilərsiniz.
Hələlik bu qədər, diqqətiniz üçün təşəkkür edirəm.
Bizim Udemy kurslarımızı əldə edmək üçün endirim istəsəniz bizimlə əlaqə saxlayın. Ümumiyyətlə kursu bizdən link əldə edərək alsanız bizim üçün daha böyük dəstəyə imza atmış olacaqsınız. Əks halda ödənişin böyük hissəsi Udemy platformasına gedəcək.
Youtube kanalımızı da izləməyi unutmayın.