Waterfall Model

Posted on 2022-11-12 04:28:30

Nədir və harada istifadə olunur?!

Nədir?

Waterfall model proqram təminatının hazırlanması üçün bir yanaşmadır. SDLC üçün olan bu yanaşma ardıcıl şəkildə gedir, yəni bir addım tamamlanmamış digərinə keçid olmur.

Şəkildə gördüyünüz kimi, burada elə SDLC üçün nəzərdə tutulan bütün addımlar var. Sadəcə ardıcıllıq burada çox vacibdir və növbəti addıma keçmək üçün, hazırki addımı bitirmək lazımdır. İstifadəsi helə çox məşhur deyil, indi əsas Agile modelləri istifadə olunur biznes üçün. Waterfall adətən dövlət orqanlarının tərəfindən hazırlanan proqram təminatı üçün istifadə olunur. Halbuki indi mənə elə gəlir dövlət müəsissələrinə də kənar şirkətlər hazırlayır və qismən Agile istifadə edir.

Əsas prinsiplərindən biri dokumentasiyadır. Bütün proyekt dokumentləşdirilir, qərar verilir ki, proqram təminatında nələr və necə olacaq. Ondan sonra artıq üzərində işlər gedir. Yəni proqram təminatının kodu yazılır. Proqram təminatı hazır vəziyyətdə olandan sonra, onun yoxlanması başlayır və xətalar aradan qaldırılır. Test yəni yoxlama bitdikdən sonra proqram təminatı istifadəyə verilir. Proqram təminatında istənilən dəyişiklik, proqram təminatının üzərində yenidən işləməyə başlamağı nəzərdə tutur. Yəni dokumentasiyadan başlayıb, maintenance hissəsinə kimi.

Hələlik bu qədər. Bizi izləyin ki, yeni paylaşımları qaçırmayasınız. Diqqətiniz üçün təşəkkür edirəm.

Youtube, Facebook Qrup, Facebook Səhifə, Telegram Qrup, Telegram Kanal, İnstagram, Twitter