Manual Testing Dərslərindən
Bu dəfə Testing nə üçün edilməlidir sualına cavab verək və əsas səbəblər haqqında danışaq. Əlavə olaraq testing olmasa hansı fəsadlar ola bilər və digər maraqlı faktları müzakirə edək.
Qənaət.
Proqram təminatını istifadəyə verməzdən test etmək bizi hər mənada maddi qabağa sala bilir. İlk öncə fikirləşək ən primitiv situasiyanı ki, proqram təminatında istifadə zamanı xəta çıxır və biz onu aradan qaldırmaq üçün ən yaxşı halda sadəcə proqramçıya ödəniş edib, problemi həll etməsini xahiş edə bilərik. Lakin reallıqda xətalar daha mürəkkəb olur və problemin kökünü tapmaq məcburiyyətindəyik. Beləliklə bizə biznesi yaxşı bilən və proqram təminatının hazırlanmasında böyük rolu olan Biznes Analystlərə də ehtiyacımız yaranır. Yəni bir tək proqramçıya ödəniş etməklə problem həll olunmur. Çünki əgər test edilməsə yenidən yeni vəya eyni xətaların yaranma ehtimalı yaranır. Bu hələ ən sadə hallardan biri idi. İndi təsəvvür edin tranzaksiyalar olan proqram təminatını test etmədən istifadəyə vermisiniz və boşluq nəticəsində pullar bu boşluqdan istifadə edənlərə gedir. Onlar da boşluq haqqında məlumat verənədək biznes pul itirir. Belə nümunələr və misallar çox gətirmək olar. Ona görə əgər şirkət test etməyərək qənaət etmək istəyirsə, əslində daha böyük xərc riskinə imza atmış olur.
Təhlükəsizlik.
Hamımız bilirik ki, indi bir çox proqram təminatları bizim şəxsi məlumatlarımızı toplamaq, saxlamaq və istifadə etmək məcburiyyətindədir. Şəxsi məlumatlardan əlavə kart məlumatları, sənəd məlumatları, şifrə və s. kimi məlumatlar da proqram təminatının funksionallığı üçün lazım ola bilər. Bunlar hamısı mütləq şəkildə qorunmalıdır. Əgər proqram təminatı hazırlandıqdan sonra bu məlumatların nə dərəcədə qorunduğunu yoxlamırıqsa, məlumat sızıntısının yaşanması daha böyük faiz nisbəti ilə gözlənilir. Sızıntılar maddi zərər gətirdiyi kimi, şirkətin adına da zərbə olacaq. Müştərilərin qaçması, sızan məlumatların terror əməllərində istifadə olunması vəya fərdi şəxslərə zərər yetirməsinə səbəb ola bilər. Ona görə təhlükəsizliyi təmin etmək üçün proqram təminatı mütləq gərək istifadəyə verilməzdən yoxlamadan keçsin.
Müştəri məmnuniyyəti.
Hamısı bir qırağa, test edərkən biz gözləntilərin real nəticələr ilə uyğun olmasını müqaisə edirik. Gözləntilər də adətən müştərilərin istəklərini ödəmək üçün qoyulan tələblər olur. Təsəvvür edək ki, siz smartfon alırsınız və onun yüksək keyfiyyətli şəkil çəkmə imkanı olduğu bildirilmişdir. Əgər produkt test edilmədən istifadəyə göndərilirsə, istifadə zamanı yaranan xətalar müştərinin loyallığını tam itirəcək. Artıq məmnun olmayan müştəri alternativ produkt vəya proqram təminatlarına üz tutacaq. Müştərini məmnun saxlamaq çox vaxt ona keyfiyyəti göstərməyi tələb edir. Bu tələbin ödənilməsi üçün də Testing (yoxlamanın) aparılması zəruridir. İndi ki dövrdə proqram təminatının xəta verməsi, müştərinin gözündə şirkəti gülünc vəziyətə qoyur və həmin şirkətə münasibət artıq tam fərqli olur.
Yoxlamanın yaxşı olmadığına görə...
“Frenchman sues Uber over a software bug” — başlığı altında bir məqalə tapdım. Məqalədə şəxsin uber bildirişinə görə xəyanətinin üstü açılmasından danışır. Həmin şəxs Uber şirkətini məhkəməyə verir və 45 mln. dollar pull kompensasiya tələb edir. Beləki bug (xəta) uber proqram təminatında öz profilindən çıxmasına (log out etməsinə) baxmayaraq, bildirişin gəlməsi olub. Daha ətraflı özünüz istəsəniz məqalədən oxuya bilərsiniz. Əlavə olaraq Bangladeş bankından küllü miqdarda vəsait oğurlanmasını, proqram təminatında problemə görə təyyarənin qəzaya uğramasını, yalandan həyacan siqnalının göndərilməsi və s. kimi situasiyalar haqqında məlumat tapmaq mümkündür.
Hələlik bu qədər. Keyfiyyətin təmin olunması üçün Testerlərə ehtiyyac var. Zəmanə bu ixtisası tələb edir. Testinq sahəsini öyrənmək üçün bizi mediumda izləyin və youtube kanalımıza abunə olun.
P.S. Saytımız: aytiqaqash.com