Test Case Development Phase — Test Keysin Hazırlanma Fazası
Bu mərhələ özündə Test Keyslərin və Test Skriptlərinin yaradılması, analiz olunması, verifikasiya olunması və sonradan yenidən istifadə olunması üçün aparılan işləri toplayır. Əvvəldən Test Data təyin olunur, sonra yaradılır, nəzərdən keçirilir, və sonra müxtəlif yerlərdə ilkin şərt kimi istifadə olunur. Misal biz istifadəçinin profilini yoxlamaq üçün, ilkin şərt istifadəçinin məlumatlarının sistemdə olması ola bilər. Test keys özü ayrı bir mövzu olduğuna görə hələlik heçnə yazmaq istəmirəm. Yoxsa məqalə həddindən artıq uzun alınacaq. Gəlin ondansa bu mərhələdə nələr edilməlidir və nəticədə nəyi əldə etməliyikdən danışaq:
Test Case Development Activities — Mərhələdə nələr edilməlidir
- Test Caselər yaradılır, avtomatlaşdırma skriptləri hazırlanır (əgər lazımdırsa)
- Test Caselərin, scriptlərin nəzərdən keçirilməsi və yoxlanılması
- Test Dataya ehtiyac varsa, hazırlanması
Deliverables of Test Case Development — Nəticədə
- Test cases/scripts — Test etmək üçün caselər və skriptlər olacaq
- Test data — Test etmək üçün lazımı data
Növbəti: Test mühitinin yaradılması