Uİ Yoxlamanın avtomatlaşdırılması
Avtomatlaşdırma nədir?
İnsanların bir başa əməyə olmadan və ya minimum səviyyədə olaraq təkrarlanan proseslərin kompyuter və ya müəyyən texnologiyalar vasitəsi ilə yerinə yetirilməsidir. Ümumi heç yoxlamanı qoyaq bir qırağa, həyatımızda baş verən proseslərdən nümunə gətirə bilərik. Deyək ki, pişiyimiz var və hər gün 3 dəfə pişiyin yeməyi verilməlidir. Bunu yaddan çıxarmamaq üçün, saatımızı müəyyən vaxtlara qururuq ki, bizə pişiyin yeməyini verməyi xatırlatsın. Bir müddətdən sonra görürük ki, biz hər gün səhər 9da səhər yeməyi, günorta 2də nahar yeməyi və axşam da 7də axşam yeməklərini veririk. Hər dəfə bunu özümüz etməmək üçün bu prosesi avtomatlaşdıran bir cihaz alırıq, saata əsasən özü uyğun yeməyi qaba tökür və pişik həmin yeməyi yeyib bizə “myau” deyir. Ümid edirəm sağ ol deməkdir. Deməli avtomatlaşdırma texnologiya vasitəsi ilə insanın edə biləcəyini əvəzləməkdir.
Niyə Avtomatlaşdırırıq?
Ümumiyyətlə biznesdə əsas səbəblər keyfiyyət qorumaqla (əgər artıra bilmiriksə), daha az vaxta, daha çox iş görüb, daha çox pul qazanmaq əsas məqsədlərdən biridir. Qorxmayın! Bu o demək deyil ki, manual qaydada yoxlama edənlərə ehtiyac yoxdur. Avtomatlaşdırmağa əsas səbəblərdən biri həmin prosesin insan faktorunun aradan qaldıraraq daha ucuz və yaxşı nəticə əldə etmək olur, amma istənilən bir avtomatlaşdırılan məqam, gərək özünü doğrultsun. Yəni avtomatlaşdırmaq özü resurslar və daimi dəstək tələb edir. Əgər biz avtomatlaşdıranda daha çox resurs istifadə edəcəyiksə və nəticədə heç bir xeyrini görməyəcəyiksə gərək avtomatlşadırmayaq. Ola bilər ayda bir dəfə bir işçinin logları silməsi daha sərf etsin, nəyinki bu əməliyyatı yerinə yetirmək üçün xüsusi komanda kod yazsın və əməliyyatı kompyuter proqram təminatı vasitəsi ilə və ya hansısa kod ilə həll edilsin. Gəlin indi biraz da müsbət tərəfindən danışaq. Deyək ki, gəzmək, A nöqtəsindən B nöqtəsinə getmək üçün təkrarlanan addımları atmalıyıq. Bunu avtomatlaşdırmaq üçün maşınlar var ki, insan sadəcə qaza basmaqla daha çox məsafə fət edə bilir və daha az vaxt itirir.
Selenium nədir?
Burada biz seleniumu tərifini sadəcə bir proqram təminatlarında əməliyyatları aparmaq üçün və beləliklə insan aktivliyini avtomatlaşdıraraq yoxlamaq üçün istifadə edilən bir instrumentdir. Əməliyyat sistemindən bir asılılığı yoxdur və müxtəlif proqramlaşdırma dilləri ilə işləyə bilir. İstəyirəm proqramlaşdırma dillərindən bəzilərini qeyd edim: Java, C#, JavaScript, Python, PHP, Ruby və s. Eynən bütün tanınmış brauzerləri də dəstəkləyir.
Seleniumu niyə istifadə edirik?
Seleniumun müsbət və mənfi tərəfləri var. Ümumiyyətlə seçim daima vəziyyətdən asılıdır və dəyişə bilər amma əsas səsblər kimi, müsbət tərəflərini sadalaya bilərik. Yuxarıda qeyd etdiyim kimi, müxtəlif proqramlaşdırma dilləri, əməliyyat sistemləri, brauzerlər, parallel yoxlama aparmaq olur, müxtəlif köməkçi instrumentlərlə integrasiya oluna bilinir, marketdə kifayyət qədər tanınır və istifadə olunur, böyük dəstək cəmiyyəti var. Mənfi tərəflərindən də əslində demək olar ki, professional dəstək qrupu yoxdur, özünün raportların hazırlama bir imkanı yoxdur və proqramlaşdırma biliyi tələb edir.
Seleniumun saytına daxil olaraq, görə bilərik ki, məqalənin yazıldığı vaxtda, 3 əsas növü var: Selenium WebDriver, Selenium IDE, Selenium Grid.
Hal-hazırda növləri haqqında oxumaq istəyirsinizsə rəsmi saytına keçidi məsləhət görə bilərəm. Bu məqalədə biz onları detallı müzakirə etmirik.
Hələlik bu qədər. Bizi burada da, youtubeda da izləyin. Kofe al saytından bizə qəhvə hədiyyə edə bilərsiniz.