Selection sort method nədir?

Posted on 2021-07-29 04:32:49

Məntiqi və izahı

Təsəvvür edək ki, bizim bir dənə “a” massivimiz var. Həmin massivin uzunluğunu “N” olaraq qeyd edirik. Bu “N” massivini bölürük 2 yerə. Birini adlandıraq Nəticə, hansı ki massivin əvvəlinə yığılacaq və sortlanmış (ardıcıllıqla düzülmüş) olacaq. İkinci hissə isə olsun Qalıq, hansı ki, Nəticənin ardıyca gələcək və sortlanmamış olacaq.
Sortlanmanın təxmini ardıcıll addımlarını yazaq.

  1. Qəbul edirik ki, i=0, yəni bizim Nəticə adlandırdığım hissədə hələki heç bir məlumat yoxdur.
  2. Sonra Qalıq olan hissədə minimal dəyəri olan elementi tapırıq. Həmin minimal element öz yerini ilk element ilə dəyişir. Yəni artıq massivdə ilk elementimiz ən kiçik qiyməti olan elementdir. Beləliklə Nəticə adlandırdığımız hissədə artıq bir elementimiz var və i bir qiymət artaraq i=1 olur.
  3. Əgər “i”nin qiyməti massivin uzunluğundan yəni “N”dən kiçikdirsə, o zaman 2ci addım təkrarlanır. Əks halda isə sortlanma bitmiş sayıla bilər. Yəni Qalıq dediyimiz hissədə artıq elementlər qalmır, hamısı keçir Nəticə olan hissəyə.
Selection sort metodunun alqoritminin sxematik təsviri.

İanə: https://aytiqaqash.com/donate

Youtube: https://www.youtube.com/c/AyTiQaqa%C5%9F
Facebook Qrup: https://www.facebook.com/groups/aytiqaqash
Facebook Səhifə: https://www.facebook.com/aytiqaqash
Telegram Qrup: https://t.me/aytiqaqashlar
Telegram Kanal: https://t.me/aytiqaqash
İnstagram: https://www.instagram.com/aytiqaqash/
Twitter: https://twitter.com/aytiqaqash