Ümumi anlayışlar. Nəzəriyyə.
SQL nədir?
SQL — Structured Query Language. Verilənlər Bazasından datanı manipulyasiya etmək, müəyyən etmək və idarə etmək üçün istifadə olunan proqramlaşdırma dilidir. Əlaqəli verilənlər bazası üçün istifadə olunur.
SQL Data Types — Data növləri
Əvvəl istədim cədvəl formasında bir bir növlərini və izahını yazım. Sonra düşündüm o qədər effektiv olmaz. Elə normal mətn kimi yazıb izah etsəm daha maraqlı və yadda qalan olar. Qısaca əsas 4 növünü qeyd edirik.
- String Data Types
- Numeric Data Types
- Date and Time Data Types
- Other Data Types
Əlbəttə bunların daxilində specific növlər var ki, hansını biz verilənlər bazasında cədvəl üçün sütunlar yaradarkən istifadə edirik. Misal mətn yazmaq istəyərkən, yazacağımız mətnin uzunluğundan asılı olaraq hansı növü istifadə edəcəyimizə qərar verməliyik ki, resurslarımız əbəs yerə istifadə olunmasın.
String Data Types hamısı hərflər, rəqəmlər, və xüsusi simvolları özündə saxlaya bilər, onları fərqləndirən uzunluq və necə saxlamağıdır.
CHAR(size) — “size” əvəzinə 0dan 255dək bir rəqəm ola bilər və sütunun uzunluğunu təyin edir. Bizim qeyd etdiyimiz uzunluqda olacaq daxilində olan dəyər. Yəni əgər biz Char(20) vermişiksə, və dəyər kimi “Ziya” yazırıqsa nəticə belə olacaq “Ziya … ” nöqtələrin əvəzinə 14 dənə boşluq olacaq (20 çıx 4 hərf (Ziya), çıx 2 dənə boşluq nöqtələrdən əvvəl və sonda qalır 14).
VARCHAR(size) — “size” maksimum ola biləcək dəyəri qeyd edir. 0dan 65535ə qədər bir rəqəm ola bilər. Chardan fərqi ondadır ki, lazımsız boşluqlar dəyərə əlavə olunmayacaq. Sadəcə əgər yazdığımız dəyər, qeyd etdiyimiz “size”dan çox olarsa, o zaman artıq olanı kəsiləcək.
BİNARY(size) — CHAR() ilə oxşar olaraq, size sütunun uzunluğunu qeyd edir və fərqli olaraq özündə yalnız bytes (baytlar) saxlayır.
ENUM — Əvvəldən müəyyən edilmiş dəyərlərdən birini qəbul edir ancaq. 65535 qədər siyahıda dəyər ola bilər. Əgər təyin olunmamış dəyər daxil etməyə çalışsaq, susmaya görə boşluq olacaq.
Numeric növündə olanlar rəqəmləri saxlayırlar.
TINYINT(size) —Amma burada hansısa rəqəmi saxlamaq istəsək, həmin dəyər -128dən 127dək ola bilər.
BOOL — məntiqi doğru və yanlış ola bilər. 1 olarsa TRUE, 0 olarsa FALSE.
INT — rəqəmləri yadda saxlamaq üçün istifadə olunur və rəqəm bu aralıqdan -2³¹ və (2³¹ -1) ola bilər.
LONG (or BIGINT) — eyni qaydada rəqəmləri saxlamaq üçün nəzərdə tutulan data növüdür və aralığı daha çox olaraq -2⁶³ və (2⁶³ -1) interval aralığında ola bilər.
ROWID — hər sətrin öz nömrəsi olur. Normalda istifadəçiyə görünmür.
SQL Operators — Əməliyyatları
Adi riyaziyyat əməliyyatları ilə eynidir. Toplamaq üçün “+”, çıxmaq üçün “-”, vurmaq üçün “*”, bölmək üçün “/”, Modulu tapmaq üçün isə “%”. İnanıram ki, bunları izah etməyə ehtiyac yoxdur. Hər halda istifadə zamanı görəcəksiniz.
SQL Comparison Operators — Müqaisə Əməliyyatları
Bir iki dənəsi yad ola bilər, qalanları elə məktəb riyaziyyat proqramında olduğu kimidir. Nəticə olaraq müqaisə ya doğru “TRUE”, ya da yanlış “FALSE” geri qayıdacaq.
İşarənin solunda olan dəyərin, sağında olan dəyərdən:
“=” — bərabər olduğunu,
“!=” — fərqli olduğunu,
“>” — böyük olduğunu,
“<” — kiçik olduğunu,
“>=” — böyük bərabər olduğunu,
“<=” — kiçik bərabər olduğunu,
“!>” — böyük olmadığını,
“!<” — kiçik olmadığını yoxlayır.
SQL Logical Operators — Məntiq əməliyyatları
Məntiq əməliyyatlarından ən əsas 3 dənəsini başa düşmək çox önəmlidir. Real həyatda da istifadə etməyimizə baxmayaraq, bəzən tələbələr məntiq əməliyyatlarını başa düşməyə çətinlik çəkirlər. Əslində amma diqqətlə analiz edib rahat başa düşmək olar. “OR” bizim dildə desək “VƏYA”, şərtli bir situasiyada şərtlərdən ən azından biri “TRUE” olarsa, bizim nəticədə “TRUE” alacağıq. “OR” üçün yalnız bütün şərtlərin dəyəri “FALSE” olarsa nəticə olaraq geri “FALSE” qaytarılacaq. Növbəti operandımız “AND” bizim dildə desək “VƏ”, bütün şərtlər doğru (“TRUE”) olarsa, cavab doğru “TRUE” olacaq. Əks halda “FALSE”. Sonuncu operandımız “NOT” bizim dildə desək “YOX” olacaq. “NOT” şərtini bizə gətirdiyi cavabın əksini geri döndərir. İnanıram videoda və təcrübədə daha aydın olacaq.
SQL haqqında qısaca bu qədər.
Bizə dəstək olmaq istəyənlər və ya bizi kofe ilə qonaq etmək istəyənlər buyursun. Youtube kanalımızı izləməyi unutmayın.