SQL Əmrləri

Posted on 2024-01-20 23:13:41

DML, DDL, TCL, DCL

Yadınızdadırsa əvvəlki məqalələrdə biz artıq cədvəlin sütun və sətirdən ibarət olduğunu demişdik. Beləliklə hər sətri record (yazı) kimi qəbul edirik.

DML — Data Manipulation Language

SELECT — seçirik. Verilənlər bazasından məlumat əldə etmək üçün istifadə olunur. Məlumat kimi tək record, recordlar, vəya specific yeganə bir məlumat olsun. Misal Countries cədvəlindən ancaq ölkənin adını əldə etmək istəyirik və s.

İNSERT — daxil etmək. Verilənlər bazasına yeni məlumat əlavə etmək üçündür. İnsert əmri ilə yeni record vəya recordlar əlavə edə bilirik.

UPDATE — yeniləmə. Verilənlər bazasında məlumatı yeniləmək üçün istifadə olunur. Yeniləmək deyərkən, dəyişmək nəzərdə tutulur, yəni köhnə dəyərin əvəzinə yeni dəyər yazırıq.

DELETE — silmək. Recordu vəya recordları silmək üçün istifadə olunur.

DDL — Data Definition Language

CREATE — yaradır. Yeni cədvəlləri yaratmaq üçün istifadə olunur.

ALTER — dəyişmək. Cədvəllərin sütunlarını və sütunlara verilən ayarları dəyişmək üçün nəzərdə tutulub.

DROP — düşmək. Obyektləri silmək üçün istifadə edirik. DROP həm obyekti silir, həm də avtomatik daxilində olan məlumatı da silir. Misal. DROP TABLE, DROP INDEX, DROP VIEW, və s.

TRUNCATE-kəsmək. Cədvəldən məlumatları silir. Delete ilə oxşar olduğuna görə adətən onların fərqini müsahibə zamanı soruşurlar. Ona görə bunu ayrıca müzakirə etsək yaxşı olar.

TCL — Transaction Control Language

COMMIT-törətmək. Tranzaksiya zamanı edilən dəyişiklikləri qeydə almaq (təsdiqləmək) üçün istifadə olunur.

ROLLBACK — geri qaytarmaq. Dəyişiklikləri əgər təsdiqləmək istəmiriksə, commit edilməmiş geri qaytarmaq üçün istifadə edə bilərik.

SAVEPOINT-yadda saxlama nöqtəsi. Tranzaksiya zamanı savepointdən istifadə edərək rollback edərkən bütün tranzaksiyanı savepointə qədər geri qaytara bilərik. Bir növ progressi təsdiqləmək əvəzinə, yadda saxlamaq kimi funksiyadır.

DCL — Data Control Language.

GRANT-vermək. Bu əmr vasitəsi ilə istifadəçiyə icazələr verilir.

REVOKE-ləğv etmək. Bu əmr vasitəsi ilə istifadəçidən icazələr alınır.

Manual QA üçün əsas istifadə olunan DMLdir əlbəttə, lakin hamısını bilmək önəlidir ki, müsahibə zamanı soruşularkən, cavab verə biləsiniz. Əlbəttə şirkətə və situasiyaya görə sizə qarşı olan tələblər və gözləntilər dəyişə bilər.

Bizim Manual QA kursumuzu endirimlə əldə etmək üçün bizimlə əlaqə saxlayın zəhmət olmasa. Buradan da Youtube kanalımıza keçib baxa bilərsiniz.