SDLC — PTHY

Posted on 2022-11-12 04:27:13

SDLC — PTHY

Software Development Life Cycle — Proqram Tətbiqinin Həyat Yolu

SDLC və ya PTHY nədir?

Ən qısa və rahat cavab elə abbreviaturanı tam formada deməkdir ki, bizdə bunu edib ətraflı mənasını və həyat yolunu başa düşməyə çalışacayıq. SDLC ingilis dilindən Proqram Tətbiqinin Həyat yolu kimi tərcümə etdim, yən proqram təminatının hazırlanma prosesinin addımlarından ibarət olan bir prosesdir.

Mövzu çox önəmlidir. Demək olar bütün dərslər SDLC və STLC üzərində olacaq. Proqram təminatının hazırlanması və yoxlanılması üçün olan addımları bilmək zərüridir. Digər mövzularda da bu addımlara toxunacağıq.

Hansı addımlar var?

Requirements — mərhələ proqram təminatının biznes məntiqi və qaydaları üçün tələblərin yığılmasını nəzərdə tutur. Daha çox product/project menecerlər və biznes analitiklər aktivlik göstərir.

Design — proqram təminatının arxitekturası və dizaynı yığılan mərhələdir. Dizayn və arxitektura hazırlanır ki, ona tələblərə və dizayna əsasən kodun yazılması başlasın. Burada daha çox texniki biliyi olan komanda üzvləri iştirak edir, lakin menecer və analitiklərlə də müzakirələr gedir ki, tələblərə əsasən düzgün qərarlar verilsin.

Development — daha çox kodun yazılması kimi tanın bu mərhələdə, dizayn və tələblərə əsasən proqramçılar kod yazır və unit testing edir. Əsas aktivlik developer, yəni proqramçıların üzərinə düşür.

Testing — yoxlama mərhələsi. Əvvəlki mərhələdə baş verənlər bir növ yoxlama üçün fundamentdir. Tələblərin analizində testerlərin iştirakı normal haldır və sonra yazılan kodun nə dərəcədə tələbləri qarşıladığını yoxlayır. Aktivlik daha çox testerlərin üzərinə düşür.

Deployment — yoxlanmış və təsdiqlənmiş kodun, production (prodakşn) mühitinə yüklənməsi deployment mərhələsində baş verir. Aktivlik yenidən developerlərə keçir, lakin burada menecerlər, testerlər, DevOps və digər komanda üzvləri də iştirak edə bilər.

Maintenance — istifadəyə verilmiş proqram təminatında yaranan demək olar hər bir çətinlyin aradan qaldırılması üçün nəzərdə tutulmuş sonuncu addımdır. Burada demək olar hamının rolu olur. Adətən QA — testerlər çətinliyin sorğusuna baxıb, müvafiq komandaya yönləndirə bilər.

Hələlik bu qədər. Bizi izləyin ki, yeni paylaşımları qaçırmayasınız. Diqqətiniz üçün təşəkkür edirəm.

Youtube, Facebook Qrup, Facebook Səhifə, Telegram Qrup, Telegram Kanal, İnstagram, Twitter