Fərq.
SDLC — Software Development Life Cycle — proqram təminatı yaradılması üçün fəaliyyətlərdən ibarət dövr. Tələblərin yığılması (requirements), Dizayn, Kodun yazılması, Testing, Deployment və Maintainance.
STLC — Software Testing Life Cycle — proqram təminatını yoxlamadan keçirmək üçün fəaliyyətlərdən ibarət həyat dövrüdür. STLC — SDLCnin bir hissəsidir. SDLCdə Testing dediyimiz elə STLCdir. STLC haqqında məqaləmiz artıq var deyə, burada o qədər də yazmıram.
Müqaisə edək:
Əslində bu ikisini müqaisə etmək biraz məntiqə ziddir. Bəli ikisidə həyat dövrüdür, lakin birində proqram təminatı yaradılır, digərində yaradılan proqram təminatı yoxlanılır. Proqram təminatının hazırlanmasında əsas fəaliyyət düşür proqramçılar üzərinə, STLC isə əsas testerlər tərəfindən aparılır. Əlbəttə hər ikisində biznes analist, product/project owner, managerlər və s. iştirak edir. Yuxarıda qeyd etdiyim kimi STLC sadəcə SDLCnin bir fazasıdır. Sadəcə sizə bu sualı versələr özünüzü itirmədən cavab verin və məntiqi izahı müsahibə edən şəxsə bildirin. Əlavə istəsəniz SDLC və STLCnin addıları və fazalarından danışıb fərqini göstərə bilərsiniz.
STLC:
- Requirement Analysis — Tələblərin analizi
- Test Planning — Test Planın hazırlanması
- Test case development — Test keyslərin hazırlanması
- Test Environment setup — Test mühitinin yaradılması
- Test Execution — Test keyslərin işlənilməsi
- Test Cycle closure — Test etmə dövrünün tamamlanması
SDLC:
- Requirement Analysis — Tələblərin yığılması
- Design — Dizayn
- Software Build — Kodun yazılması
- STLC — Testing
- Deployment — Kodun productiona yüklənməsi
- Maintainance — Dəstək.
Hələlik bu qədər. Bizi izləyin ki, yeni paylaşımları qaçırmayasınız. Diqqətiniz üçün təşəkkür edirəm.
Youtube, Facebook Qrup, Facebook Səhifə, Telegram Qrup, Telegram Kanal, İnstagram, Twitter