Azərbaycan dilində
Yadınızdadırsa biz Youtube videolarımızdan birində Build (bild) və Release (reliz) haqqında danışmışdıq. Ümumiyyətlə qısaca desək yoxlanmaya hazır olan kod parçası build adlanır. Buildləri yoxladıqdan sonra əgər hər hansı bir dəyişiklik olarsa, o zaman necə zəmanət verə bilərik ki, əvvəl yoxladığımız bütün funksionallıqlar, dəyişiklikdən sonra hələ də gözlədiyimiz kimi çalışır?!
Bəli sadəcə üzünə baxıb deyə bilmirik, ona görə də, build-ı yoxlayarkən yazdığımız testləri yenidən istifadə edərək bir daha build-ın daxilində olan bütün funksionallığı yəni ssenariləri yoxlayırıq. Bu yoxlamaya da Regression Testing deyirlər. Adətən release (reliz) olmazdan qabaq, regression testing edilir ki, relizə gedən versiya gözləntilərimizə uyğun işləyəcək.
Nəzəri olaraq Regression Testing üçün 3 növünü qeyd edək:
Unit Regression Testing — adından da bəlli olduğu kimi Unit Regression Testing developer (tərtibatçı) tərəfindən edilir və modulları üçün yazdığı unit testləri yenidən işlədir ki, kodunun düzgün yazılıb və tələblərə uyğun işlədiyindən əmin olsun. Amma qeyd edim ki, bəzi hallarda Unit Regression Testing QA Engineer tərəfindən də edilə bilər, yəni kodla işləməyi bacaran QA komandasında kimsə.
P.S. Udemy QA Kursunu bu məqalədən minimum qiymətə əldə et (cəmi $9.99) , yalnız 5 gün ərzində kupon aktivdir.
Regional Regression Testing — bu növ sırf dəyişikliklərin hansı təsirləri göstərdiyini analiz edib həmin hissələr üçün yenidən yoxlamanın aparılmasını nəzərdə tutur. Testing etməzdən qabaq QA və Developerlər görüşür müzakirələr aparır təyin edirlər ki, asılı hissələr hansılardır. Bu görüşün nəticəsinə əsasən Regional Testing edilir. Normalda bunu ikinci addım kimi saymaq olar Unit Regression Testingdən sonra.
Full Regression Testing — adətən bir modulun dəyişilməsindən digər modullara da təsir olur və yoxlamaq zəruriyəti yaranır. Əslində səbəb daha çox modullarda dəyişikliyin edilməsi ola bilir. Full Regression Testing zamanı yeniliklərdən əlavə əsas funksionallıq da yoxlanılır.
Burada vurğulamaq istəyirəm ki, regression testing hər dəfə artıq Manual ilə yoxlanılan hissələri yoxladığına görə, onu avtomatlaşdırmaq daha məqsədə uyğun olur və böyük şirkətlər Full Regression Testing-i avtomatlaşdırırlar.
Regression Testing haqqında bu qədər. Quality Assurance sahəsinə yiyələnmək istəyirsinizsə və Azərbaycan dilində resurslar axtarırsınızsa mütləq bizim kursu nəzərdən keçirin. Maksimum dərəcədə aydın və asan dildə izah etməyə çalışırıq və hər dərsi qabaqcadan hazırlayırıq ki, tam keyfiyyətli dərslər təqdim edək.
Dostum, kefini pozma əgər 5 günlük kupondan istifadə etməyə çatmadınsa, burada bir aylıq da kupon var.
Hər birinizə uğurlar. Diqqətiniz üçün təşəkkür edirəm.