Quality Assurance — Keyfiyyətin Qarantiyası.
Nədir və nəyə lazımdır?!
Keyfiyyətin Qarantiyası elə adından da məlum olduğu kimi produktun yaxşı ( müəyyən tələblərə uyğun), keyfiyyətli olduğunu təmin edir. Biz istifadəçi olaraq produktda ola biləcək bir çox problemlərdən xəbərdar olmuruq. Biz həmin produktu alarkən bilirk ki, keyfiyyətli produkt əldə edirik. Produkt rolunda istənilən bir şey ola bilər. Kitab, dəftər, dərslik, tətbiq, maşın, təkər və nələr nələr. İndiki zamanədə demək olar ürəyimizdən nə keçsə tapa bilərik, puluna minnət ala da bilərik. Amma alanda da aldığımız həmişə istədiyimiz qədər bizə xidmət göstərmir. Misal olaraq istənilən sektoru seçə bilərik. Təklif edirəm nümunə kimi Bank sektorundan danışaq.
Dövran dəyişib, Bank xidmətlərinə ehtiyyac yaranıb. Bizdə də elə məqam yaranıb ki, gedib Bank kartı açmalıyıq. Amma indi biz əgər hər hansı bir Banka müraciət edəcəyiksə bizim minimal tələblərimiz olacaq. Əlbəttə minimal desəm də, müştəri olaraq tələblərimiz daima artacaq. Hələlik fikirləşirik ki, bizə sadə bir dənə kart lazımdır ki, maaşımızı versinlər və halal qazandığımız pulumuzu alıb xərcləyə bilək.
Görəsən sizin ağlınıza birinci nə gəldi?
Mənim ağlıma gələn qiymət və keyfiyyətdir. Yəni dərhal fikirləşirəm görəsən məndən nə qədər pul çıxacaq? Bir də mən maaşımı rahat alıb, kartdan çıxarıb, və ya kartla xərcləyə biləcəm? Tutaq ki heç keyfiyyətini dərhal fikirləşmədim, dedim nə olur olsun təki pulsuz olsun. Getdim X bankdan kart açdım. Maaş gəldi, baxıram ki, durduq yerdə X Bank məndən komissiyalar çıxır. Zəng vurdum cavab verən yoxdur, dərdimə şərik çıxan olmur… elə buradaca əsəbləşib deyirəm ucuz ətin şorbası olmur, gərək birdəfəlik normal Bankdan kart götürərdim. Hə bax burada NORMAL adı Banka qazandıran QA komandası olur. Hansı ki, dəfələrlə Bankın servislərini yoxlayır, servisi müştəriyə təqdim etməzdən öncə. QA keyfiyyəti qarantiya verməsi şirkətin realizasiya etdiyi proqramın, produktun, servisin müştəriyə inamla təqdim olunmasını təmin edir.
Oxuduqdan sonra deyərsiz yəgin QA olması ancaq müştəri məmnuniyyətini qorumaq üçün lazımdır… Sizcə bu belədir?
QA şirkətin özünə nə cür kömək edir?
Qayıdaq yenə Bank sektoruna. Həmin bu X Bank QA komandasını tətbiqlərin hazırlanmasına əlavə etməyib. Nəticədə yeni istifadəyə verilmiş tətbiqdə N qədər boşluqların olmasından xəbəri yoxdur. İstifadəçi tətbiqə daxil olub 1000 dollar məbləğində kredit çəkib, pulu istifadə edib, sonra ödəmək üçün valyutanı manata dəyişib. Manata dəyişdikdən sonra görüb $1000 kreditin ödənişi 1000 manat kimi görsədir. Çıxarıb 1000 manat kredit ödəyib əlavə 10000 dollarrıq da kredit alıb və s. Burada müştəri xoşbəxt, bank isə bədbəxt roluna keçir. Rəqəmlər və ümumiyyətlə hadisə uydurulub. Lakin buna bənzər hadisələr real həyatda baş verir. Şirkətlər tək status və müştərinin məmnuniyyətini itirmirlər. Onlar xəbərləri olmadan küllü miqdarda pul da itirə bilərlər. Buna bənzər situsiyalar fikirləşib sizə çox danışa bilərəm. Bunlar özləri bir ssenarilərdir. Hansının ki gözlənilən nəticələri olmalıdır. QA komandası produktun keyfiyyətinə köklənərək onun maksimum dərəcədə səhvsiz işləməsini təmin etməlidir. Hətta QA komandanın əsas məqsədlərindən və öhtəliklərindən biri tətbiqin hazırlanmağa başlamazdan qabaq xəta verə biləcək situasiyaların vaxtında üzə çıxarılmasıdır.
QA doğrudan da 100% qarantiya verir keyfiyyətə?
QA komandası əlindən gələni edir, lakin bu heç bir səhvin çıxmayacağına 100% qarantiya deyil və ola da bilməz. QA komandası riskləri və ola biləcək problemləri vaxtında qarşısını alaraq, itkinin minimuma endirməyə kömək edir. Hal hazırda Azərbaycanda da böyük şirkətlərin çoxları artıq Testerləri komandalarına əlavə ediblər. Getdikcə daha çox şirkət QA komandanın nə qədər önəmli olmasını anlayıb, daxilində onlar üçün şərait yaradır.
Araşdırsanız görəcəksiniz ki, əvvəllər Keyfiyyətin Qarantiyasına önəm verilmədiyinə görə nə qədər vəsait və hətta insanların ölümü ilə nəticələnən hadisələr olub. Vaxt keçdikcə produktun istifadəyə verilməzdən öncə test edilməsi çox vacib olduğu qəbul olunub.
Ümid edirəm Azərbaycanda da bütün istehsal olan produktlar, güclü QA komanda tərəfindən test olunduqdan sonra istifadəyə veriləcək. Bir çox hallarda sadəcə büdcə buna imkan vermir. Misal mənim imkanım olsa idi bütün məqalələrimi yoxladıb sonra dərc edərdim. Amma paylaşımlarıma görə gəlir olmadığından və vaxt qıtdığından məcburam sizin köməyinizə və dəstəyinizə ümid edim. Güman edirəm məni başa düşərsiz, səhv olduğu halda onun düzəldilməsinə dair mənə məlumat verərsiniz.
Hələlik bu qədər. Diqqətiniz üçün minnətdaram. Sağ olun.
İanə: https://aytiqaqash.com/donate
Youtube: https://www.youtube.com/c/AyTiQaqa%C5%9F
Facebook Qrup: https://www.facebook.com/groups/aytiqaqash
Facebook Səhifə: https://www.facebook.com/aytiqaqash
Telegram Qrup: https://t.me/aytiqaqashlar
Telegram Kanal: https://t.me/aytiqaqash
İnstagram: https://www.instagram.com/aytiqaqash/
Twitter: https://twitter.com/aytiqaqash