Proqram təminatında xətaların yaranma səbəbləri

Posted on 2022-11-04 03:18:38

Manual Testing

Miscommunication or no communication

Ünsiyyət problemi vəya ümumiyyətlə ünsiyyətin olmayışı.

Ünsiyyət?! Bəli, ünsiyyət. Həqiqətən də əsas səbəblərdən biri komandada unsiyyətin yaxşı olmayışndan irəli gələ bilər. Projekt manager, biznes analist tələbləri tam və dolğun başa düşmək üçün və proqramçılara ötürmək üçün mütləq ünsiyyət qurmağı bacarmalıdırlar. Proqramçılar və testerlər də rahat bir biri ilə və komandanın digər iştirakçıları ilə əlaqə qurmağı bacarmalıdır və hətta bunun üçün şəraitlər yaradılmalıdır.

Human errors

Insanlar səhv etməyə meyillidir. Nəzərə alsaq ki, proqram təminatını hazırlayan insanlardır, xətaların yaranması normaldır. Yoxlanmadan keçməyən proqram təminatında daha çox xəta olacaq nəinki yoxladıqdan sonra. QA məqsədi, xətaların sayını minimuma endirməkdir.

Development Related Errors

Proqram təminatının hazırlanması üçün müəyyən avadanlıqlar, mühitlər, qısa desək resurslar lazımdır. Proqram təminatının hazırlanması üçün daha az server, storage, ayrıla bilər vəya daha az proqramçılar götürülməsi və s. kimi hallar xətaların daha çox olmasına və davamlı şəkildə yaranmasına səbəb olacaq. Proqram təminatının arxitekturası və dizaynı düzgün qurulmaqdan əlavə, yenilənməyə və artırılmağa rahat olmalıdır.

Last Time Changes

Proqram təminatının hazırlanmasında tələblərin çox böyük rolu var. Agile metodologiyasında tələblərin dəyişməsi normaldır, lakin dəyişikliklər son anda baş verərsə, böyük problemlər yarana bilər. Reliz (Release) olamazdan bir neçə gün qabaq belə dəyişiklik etmək məsləhət deyil.

Lack of skilled testers

Testing xətaların minimuma enməsi üçün aparılan bir prosesdir. Əgər yoxlamanı aparan komanda düzgün strategiya seçməsə, proqram təminatını tez təhvil vermək üçün, lazım olan bütün yoxlamaları etməsə, proqram təminatında olan boşluqlara göz yumsa, xətaların yaranması qaçılmazdır.

Bu məqalədə proqram təminatında xətaların yaranmasının əsas səbəblərini nəzərdən keçirdik. Nəticədə keyfiyyətli bir produktun ərsəyə gəlməsini istəyiriksə, yuxarıda qeyd olunan səbəbləri nəzərdən keçməliyik. Ümumiyyətlə iş prosesində, prodakşnda (production) yaranan xətaların səbəblərini araşdırmaq, analiz etmək və aradan qaldırmaq lazımdır.

Hələlik bu qədər. Bizi izləyin ki, yeni paylaşımları qaçırmayasınız. Diqqətiniz üçün təşəkkür edirəm.

Youtube, Facebook Qrup, Facebook Səhifə, Telegram Qrup, Telegram Kanal, İnstagram, Twitter