POSTMAN

Posted on 2021-05-23 22:43:45

APİ AUTENTİFİKASİYA TEST

Postman necə yükləməyib install etməyin izahı lazımdır?

Mən Postman üzərinə clickləyib onu çalışdırıram. Sonra Postmanda xüsusi bir Collection yaradıram ki, bütün sorğularımı həmin Collectiona yığım. Collectionun adını “Laravel + Sanctum APİ autentifikasiya” qoydum.

api/auth/register

Sonra ilk öncə register üçün yeni tab yaradıb link hissəsinə “http://sanctumlaravel.local/api/auth/register” qeyd edirəm. Sonra keçirəm body hissəsində seçirəm form-data. Form data olara key və value qeyd etmək lazımdır. Bizdə də keylər email, password və password_confirmation olacaq. Onlara uyğun növbəti value-ları yazıram aytiqaqash@gmail.com, password, password. Sonra “Save” klikləyib “Request name” yerinə Register yazıram, collection kimi də yaratdığımız “Laravel + Sanctum APİ autentifikasiya” kolleksiyanı seçirəm.

Register üçün sorğu ayarlaması

SEND knopkasını kliklədikdən sonra, POST sorğumuz qeydiyyar üçün göndərilir və əgər hər şey düzgün quraşdırılıbsa və eyni email ilə istifadəçimiz yoxdursa, qeydiyyatımız uğura keçdiyi haqda JSON formatında response almalıyıq.

Gördüyünüz kimi aldığımız cavab uğurlu olduğunu görürük. Ona görədə növbəti sorğular üçün bizə token verilib. Həmin token vasitəsi ilə biz sorğu göndərib öz məlumatlarımızı əldə edə bilərik. Bunun üçün nə etməliyik? Oxumağa davam edək, görək nə olur.

api/auth/me

Deməli tokenimiz olduqdan sonra user haqqında məlumatı almaq üçün yeni tab yradırıq postmanda və link yerinə “http://sanctumlaravel.local/api/me” yazırıq. Sorğumuz GET sorğusu olacaq. Əlbətdə aldığımız tokeni Headers-ə əlavə etməliyik ki, backend bizə tokenə uyğun user məlumatlarını tədim etsin. Bəyaq Body hissəsinə keçmişdik, indi isə Headers hissəsinə keçib burada yeni key kimi Authorization əlavə edirik və value kimi “Bearer token”, bizim halda “Bearer 1|ElP0GpTO7VIjueSVMNx8Y6bILkdxncBEXuwfePmR” olacaq. Sonra registeri save etdiyimiz kimi, bunu da Me adı ilə kolleksiyamızda saxlayırıq.

Me sorğusunu ayarladıq

SEND etdikdən sonra nəticə gəlməlidir. Aşağıdakı şəkildə bunu görə bilərsiniz.

Me sorğusu ilə user datanı aldıq

Bəs əgər bizim token yoxdursa onu necə əldə edək? Təzədən Register edək?!

api/auth/login

Əlbətdə ki, təzədən register etməyə ehtiyac yoxdur. Bizə sadəcə login edib yeni token əldə etmək lazımdır. Demək olar eyni prosesi təkrarlamaq lazımdır. Yeni tab yaradırıq, link hissəsinə “http://sanctumlaravel.local/api/auth/login” yazırıq, body hissəsində form-data seçib email və password daxil edirik. Sorğu metodu POST olmalıdır. Sonra da SAVE üzərinə klikləyib, “Login” adı ilə saxlayırıq. Artıq sorğunu göndərə bilərik. Göndərmək üçün SEND üzərinə klik atırıq. Email və password düzgün olduğu halda bizə sorğumuza uğurlu cavab gəlir token ilə.

Əldə etdiyimiz yeni token ilə user haqqında məlumat əldə etmək mümükündür, bunu özünüz yoxlaya bilərsiniz. Yəni autentifikasiyanı keçdik. Qaldı bir dənə logout funksiyasını test etmək.

api/auth/logout

Nəzərinizə çatdırım ki, logout funksiyasını test etməzdən öncə bir qıdım routes/api.php faylında dəyişiklik etməliyik. Məntiqnən biz logoutu yalnız, autentifikasiyanı keçdikdən sonra edə bilərik. Deməli logout routu auth:sanctum middleware qrupunda olmalıdır.

Route::group(['middleware' => ['auth:sanctum']], function () {
Route::get('/me', function (Request $request) {
return auth()->user();
});
Route::post('/auth/logout', [AuthController::class, 'logout']);
});

Sonra isə bütün testlərimizdə olduğu kimi, logout üçün tab yaradırıq, link yerinə “http://sanctumlaravel.local/api/auth/login” Headers-də isə Authorization key hissəsinə və value hissəsinə isə “Bearer 4|lMOjhC1Qs4u4Vu4UzsKynwGeUCb7q5xQiWGFLVjt” yazırıq. SAVE edirik kolleksiyamıza, SEND üzərinə klikləyib sorğunu göndəririk. Sorğuya cavab “Token silindi” mesajını alırıq.

Token silindi

Bütün 4 APİ endpointlərimizi yoxladıq. Lakin məqaləni sona çatdırsam da bu hələ son deyil. Gərək ki, özünüz bizim facebook səhifəmizə boşluqları tapıb göndərəsiz. Başqa bir məqaləmizdə ardını gətirərik.

Bizim youtube kanalımıza abunə olun ki, videoformatında olan dərslikləri qaçırmayasız.

Biz sosial şəbəkələrdə:

Youtube: https://www.youtube.com/c/AyTiQaqaş
Facebook Qrup: https://www.facebook.com/groups/aytiqaqash
Facebook Səhifə: https://www.facebook.com/aytiqaqash
Telegram Qrup: https://t.me/aytiqaqashlar
Telegram Kanal: https://t.me/aytiqaqash
İnstagram: https://www.instagram.com/aytiqaqash/
Twitter: https://twitter.com/aytiqaqash
Discord: https://discord.gg/pq9RRTGhmk