Məqalə rəsmi dokumentasiyaya əsasən yazılıb.
İnstalyasiyaya hazırlıq.
Instalyasiya prosesi çox sadədir. İlk öncə əlbəttə ki, Laravel proyektimizi yaratmalıyıq. Sonra Voyageri install etmək üçün müvafiq addımları ata bilərik. Composer vasitəsi ilə voyagerin paketini yükləyək. Bunun üçün növbəti əmri yazmalıyıq:
composer require tcg/voyager
Sonra .env faylı ayarlamalıyıq. Voyageri istifadə etmək üçün verilənlər bazası quraşdırılmalıdır. Bir də şəkillər normal əks olunsun deyə APP_URL düzgün qeyd olunmalıdır. Əgər homestead istifadə edirsinizsə təxmini bu cür olacaq.
APP_URL=http://localhost (http://aytiqaqash.test)
DB_CONNECTION=mysql
DB_HOST=(localhost) 192.168.10.10
DB_PORT=3306
DB_DATABASE=homestead (aytiqaqashDB)
DB_USERNAME=homestead
DB_PASSWORD=secret
Nəhayət instalyasiya üçün proyektimizə lazımı paketi yükləyib ayarladıqdan sonra, voyageri install edə bilərik.
İnstalyasiya
İnstalyasiya prosesini başlatmaq üçün ayrıca əmrimiz var. Əmrdən istifadə edərək Voyager admin panelini proyektimizə quraşdırmış olacağıq. Lakin Voyager bizə instalyasiyanı 2 cür başlatmaq imkanı verir. Birinci təklif etdiyi sadəcə admin panel üçün voyager install olunur, ikinci isə admin paneldən əlavə dummy data ( yəni saytın boşluğunu doldurmaq məqsədi ilə istifadə olunan məlumat) ilə doldurur. Fərq əmrə əlavə olunan bir neçə sözdə və əlbəttə sayta əlavə olunan məlumatlardadır. Dummy data ilə quraşdırdıqda 1 dənə admin akkauntu ( əgər heç bir istifadəçi yoxdursa ), 1 dənə demo səhifə, 4 dənə demo post, 2 kategoriya və 7 dənə ayar. Bunlar necə əlavə olunur istəsəniz sonra müzakirə edərik.
Birinci qayda:
php artisan voyager:install
İkinci qayda isə əlavə məlumatla (dummy data ilə) doldurulma qaydası:
php artisan voyager:install --with-dummy
Bununla instalyasiya bitmiş sayılır. Gəlin nəticəyə baxmaq üçün saytı yoxlayaq. Homestead istifadə edənlər saytımızın açılması üçün nələri etməlidirlər yəgin bilirlər. Ona görə biz sadə variant haqqında yazaq.
php artisan serve
Yuxarıda qeyd olunan əmri istifadə etdikdən sonra local hostumuz artıq işləyir. Saytımızı brauzerdə açmaq üçün belə bir link təqdim olunacaq: http://localhost:8000/admin
Qeyd edim ki, əgər siz dummy datadan istifadə etmisinizsə admin panelə daxil olmaq üçün aşağıda qeyd olunan məlumatlardan istifadə edə bilərsiniz. Unutmayaq ki, dummy datadan istifadə zamanı admin istifadəçi yalnız əvvəldən userlər (istifadəçilər) olmadığı halda yaranır:
email: admin@admin.com
password: password
Yox əgər dummy datadan istifadə etmədinizsə, o zaman gərək admin panel üçün istifadəçi yaradasanız vəya artıq olan istifadəçilərdən birini istifadə edə bilərsiniz.
Sistemdə olan istifadəçiyə admin hüquqlarını təyin etmək üçün əmr:
php artisan voyager:admin your@email.com
Yeni admin hüquqlu istifadəçi yaratmaq üçün əmr:
php artisan voyager:admin your@email.com --create
Yeni admin hüquqlu istifadəçi yaradarkən sizdən istifadəçi üçün ad və şifrə soruşaraq, istifadəçini yaradacaq.
Dokumentasiyada əlavə Advanced adlanan bölüm də var. Həmin bölüm manual qaydada və ya hazır proyektə Voyagerin install edilməsi haqqındadır.
Nə düşünürsüz ayrıca məqalə kimi yazım yoxsa elə burada davam edim?
Hələlik bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm. Gələn görüşlərədək.
İanə: https://aytiqaqash.com/donate
Youtube: https://www.youtube.com/c/AyTiQaqa%C5%9F
Facebook Qrup: https://www.facebook.com/groups/aytiqaqash
Facebook Səhifə: https://www.facebook.com/aytiqaqash
Telegram Qrup: https://t.me/aytiqaqashlar
Telegram Kanal: https://t.me/aytiqaqash
İnstagram: https://www.instagram.com/aytiqaqash/
Twitter: https://twitter.com/aytiqaqash