Javanı öyrənirəm | Başlanğıc

Posted on 2021-11-24 03:11:01

ilk addımlarımız

Nədir bu Java?

Müxtəlif növ tədbiqləri yaratmağa kömək edən, platformadan asılı olmayan və C++ dilindən ilhamlanaq yaradılmış proqramlaşdırma dilidir. Platformadan asılı olmayan dedikdə nəzərdə tutulur ki, fərqi yoxdur tətbiqin telefon, kompyuter və ya digər bir maşın üçün planlaşdırılması, hər bir halda bunu Java ilə edə bilərik.

Kim tərəfindən yaradılıb?

İnternetdə bu sualın cavabını araşdırdıqda bəzi mənbələrdə Sun Microsystems, Inc. tərəfindən digərlərində isə 1991ci ildə James Gosling tərəfindən yaradıldığını görmək olar. Real olan isə həmin vaxtlar James müəllim Sun Microsystems şirkətində çalışırdı deyə, yaratdığı dil şirkətin adından təqdim olunurdu. Əlbəttə mən çox da dərinə getmədim, çünki developer yox tarixçi olacağıma şübhəm yarandı. Bir dənə onu da əlavə edim ki, James Goslingin iş yoldaşı olaraq Patrick Naughton da bu söhbətdə iştirak edirdi. Hal-hazırda isə Java, Oracle şirkətinə məxsusdur.

Ən son versiya hansıdır və necə yoxlayım?

Məndə olan məlumata görə, daha doğrusu google edib gördüm ki, bugün üçün (23 Noyabr 2021) ən son versiya Java 17dir. Yoxlamağına gələndə saytı burada qeyd edim, bəlkə link həmişə aktual qaldı.

Niyə məs Java? Javanın xüsusiyyətləri. Bunları ingilis dilində yazmaq istəyirəm:

  • Object Oriented
  • Simple
    - High-Level
    - Easy to learn
  • Multi-Threated
  • Robust
    - İmproved Memory Management
    - Exception Handling Mechanism
    - Type Checking Mechanism
  • Architecture Neutral and Portable
    - Platform İndependent
    - Write once, run everywhere
  • Secure
    - Execution inside Virtual Machine
    - No pointers

Xüsusiyətləri haqqında hələlik yazmıram, sadəcə sadaladım ki, gələcəkdə hərəsini ayrılıqda müzakirə edərik.

Hər dəfə JAVA SE görürəm ya da JAVA EE, nədir SE və EE?

Bunu araşdırmaq üçün gəlin rəsmi sayta nəzər keçirək. Gördüyümüz məlumata əsasən həmin bu editionları platforma kimi də adlandırırlar. Hələ üstəlik JAVA SE və JAVA EE -dən əlavə JAVA ME və JAVA FX olduğunu görürük. Bütün hamısının daxilində JVM (Java Virtual Maşın) və API ( Application Programming Interface) var. JVM və API birlikdə Javanın platformadan azad proqramlaşdırma dili olmasını təmin edir.

  1. Java SE - Java Standard Edition
    Əksər insanların ağlına Java proqramlaşdırma dili dedikdə Java SE API gəlir. Java SE-nin API-si Java proqramlaşdırma dilinin əsas funksionallığını təmin edir. O, Java proqramlaşdırma dilinin əsas növlərindən və obyektlərindən tutmuş şəbəkə, təhlükəsizlik, verilənlər bazasına giriş, qrafik istifadəçi interfeysi (GUI) inkişafı və XML təhlili üçün istifadə olunan yüksək səviyyəli siniflərə qədər hər şeyi müəyyənləşdirir.
    Əsas API-yə əlavə olaraq, Java SE platforması virtual maşın, inkişaf alətləri, yerləşdirmə texnologiyaları və Java texnologiyası tətbiqlərində geniş istifadə olunan digər sinif kitabxanaları və alət dəstlərindən ibarətdir.
  2. Java EE - Java Entriprise Edition
    Java EE platforması Java SE platformasının üzərində qurulub. Java EE platforması təqdim etdiyi API genişmiqyaslı, çoxpilləli , genişlənən, etibarlı və təhlükəsiz şəbəkə proqramlarının işlənib hazırlanması və işə salınmasını təmin edir.
  3. Java ME - Java Micro Edition
    Java ME platforması mobil telefonlar kimi kiçik cihazlarda Java proqramlaşdırma dili proqramlarını işə salmaq üçün API və kiçik sahəli virtual maşın təqdim edir. API kiçik cihaz proqramlarının inkişafı üçün faydalı olan xüsusi sinif kitabxanaları ilə birlikdə Java SE API-nin alt dəstidir. Java ME proqramları çox vaxt Java EE platforma xidmətlərinin müştəriləridir.
  4. JavaFX
    JavaFX yüngül istifadəçi interfeysi API istifadə edərək zəngin internet proqramları yaratmaq üçün platformadır.

Bu platformalar haqqında hələlik bu qədər bilməyim mənə elə gəlir kifayət edir. Nəzərə alsaq ki, biz Java SE istifadə edəcəyik, digər platformalar haqqında araşdırmalar aparmağa ehtiyac yoxdur.

Oxuduğumuzu yoxlayaq?

Əlbəttə yoxlayaq bu qədər məlumatı oxuyub görək yadımızda nə qaldı:

  1. Javanın hansı xüsusiyətinə görə onu müxtəlif platformalarda icra etmək olur?
  2. Javanı kim yaradıb?
  3. Java hal hazırda kimə məxsusdur?
  4. Java SE açılışı necədir?

Cavablar. Şərhdə neçə sualın cavabın düzgün yazdığını qeyd edin zəhmət olmasa.

İanə: https://aytiqaqash.com/donate

Youtube: https://www.youtube.com/c/AyTiQaqa%C5%9F
Facebook Qrup: https://www.facebook.com/groups/aytiqaqash
Facebook Səhifə: https://www.facebook.com/aytiqaqash
Telegram Qrup: https://t.me/aytiqaqashlar
Telegram Kanal: https://t.me/aytiqaqash
İnstagram: https://www.instagram.com/aytiqaqash/
Twitter: https://twitter.com/aytiqaqash