Java öyrənirəm | SE və JDK haqqında

Posted on 2021-11-27 05:37:25

Strukturası və işləmə prinsipi.

Struktura.

Java SE və JDK

Java SE və JDK (Java Development Kit) demək olar elə bil eynidir. Ən sadə dildə deyə biləcəyimiz izah JAVA SE-nin product adı olmasıdır. Elə çıxır ki, JAVA SEnin daxilində JDK var. JDK isə daxilində Development toolsJava Runtime Environmenti ( JRE ) cəmləyir.

Development tools nədir?

Development tools (Tətbiqetmə vasitələri) - kompilyatordan ( compiler - javac.exe ) və interpretatordan ( interpreter java aplication launcher java.exe ) ibarətdir.

Java Runtime Environment (JRE) nədir?

JRE tətbiqin işləməsi üçün lazımı mühiti yaradır, daha doğrusu JVM. JRE bizə JVMi və kitabxanaları təqdim edir. JVM həmin fayllar və kitabxanalar vasitəsi ilə kodu icra edir. Misal bizim sadə bir kodumuz var hansı ki, ekrana yazını çıxaracaq. Biz İDE vasitəsi ilə run edəndə .class faylımız bizim istifadə etdiyimiz cihazın koduna çevirib, ona ötürür. Ona görə də biz ekranda tətbiqimizin dərc etdiyi yazını görürük. Qeyd etmək lazımdır ki, Java 11in daxilində JRE yoxdur. Niyəsini yəgin gələcəkdə araşdırarıq. Bilirsinizsə məqalənin şərh bölməsində paylaşa bilərsiniz.

Baş verənlərin ardıcıllığını biraz daha aydın yazaq.

Biz kod yazmaq üçün fayl yaradırıq. Misal “SalamDunya.java” source code faylı. Həmin kod ekrana “Salam Dünya” yazısını çıxaracaq. Yuxarıda qeyd etdiyim kimi java kod əvvəl kompilyasiya olunmalıdır. Kompilyasadan sonra yeni “SalamDunya.class” bytecode faylı yaranır.

Birinci mərhələ

“SalamDunya.class” faylı kodu Əməliyyat Sisteminə uyğun cihazımıza ötürülməlidir deyə növbəti addım JVM üzərində baş verir. Bizim byte code (bayt kod) “SalamDunya.class” JVM vasitəsi ilə Native Koda dönür və ekrana “Salam Dünya” yazısı gəlir.

İkinci mərhələ

Düşünürəm bura qədər aydın oldu və Javanı öyrənməyə davam edə bilərik.

Açıq suallar:

  1. JVM nəyə lazımdır?
  2. .class faylı necə yaranır?
  3. İlk yaratdığımız fayl necə olacaq .****? Ulduzların yerinə qeyd edin.

İanə: https://aytiqaqash.com/donate

Youtube: https://www.youtube.com/c/AyTiQaqa%C5%9F
Facebook Qrup: https://www.facebook.com/groups/aytiqaqash
Facebook Səhifə: https://www.facebook.com/aytiqaqash
Telegram Qrup: https://t.me/aytiqaqashlar
Telegram Kanal: https://t.me/aytiqaqash
İnstagram: https://www.instagram.com/aytiqaqash/
Twitter: https://twitter.com/aytiqaqash