413 request entity too large
Nə xətasıdır “413 Request Entity Too Large”?
HTTP sorğularında klient server arasında yaranır. Daha doğrusu klient tərəfdən yaranır. Klient göndərdiyi məlumat server tərəfindən emal edilə bilmir, səbəb də malumatın çox olmasıdır (Too Large). Məndə bu problem homestead mühitində admin paneldən şəkil yükləyərkən yarandı. Araşdırdım tapdım ki, nginx tərəfdən məlumat həcminə limit var. Həmin bu limiti aradan qaldırmaq üçün ayarlarda dəyişiklik etmək lazımdır.
Necə həll edə bilərik?
Hər halda bu məqaləni oxuyursunuzsa, deməli Laravel Homestead istifadə edirsiniz “vagrant up” və “vagrant ssh” əmrlərindən yazmağa ehtiyac yoxdur. Serverə daxil olduqdan sonra orada biz növbəti faylı root istifadəçi kimi açmalıyıq:
sudo nano /etc/nginx/nginx.conf
Sonra faylın daxilində belə bir modifikasiya edəcəyik, əslində yeni sətr əlavə edirik:
http {
...
client_max_body_size 100M;
...
}
Susmaya görə həmin client_max_body_size dəyəri 1Mb olur. Onu dəyişib 100M etməklə, 100 Mb həcmli məlumat klient tərəfdən göndəriləndə, nginx artıq emal edə biləcək və heç bir xəta ekrana çıxmayacaq. Dəyişiklikləri etdikdən sonra CTRL + X → Y → Enter edib, dəyişiklikləri ayarlarda saxlayırıq.
Burada bir məqam var ki, biz yeniliyin tətbiq olunması üçün gərək nginx-ə restart verək. Hansını etmək heç çətin deyil. Sadəcə növbəti əmri yazıb restart edə bilərsiniz:
sudo systemctl restart nginx
Əgər dediklərimi düzgün elədinizsə, heç bir xəta yaranmadan nginx restart olacaq və klient tərəfdən də heç bir xəta mesajı almayacaqsınız.
Ümid edirəm məqalənin sizə köməyi dəydi. Bizi izləməyi unutmayın. Bonus kimi kanalımıza da abunə ola bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.
P.S. aytiqaqash.com