Groovy Instalyasiya

Posted on 2022-04-20 05:07:33

Windows 10

Zip faylı yükləyib, arxivdən istədiyimiz yerə çıxarıb, sonra Environment Variable əlavə edirik. Nəzərə alsaq ki, Maven instalyasiyasında Environment Variable necə əlavə olunduğunu yazmışam, burada o qədər dərinə getməyəcəm.

Zip faylı yükləmək üçün rəsmi saytına keçid edib Binary üzərinə clikləyirsiniz.

Yüklənən Zip faylı, (unpack) arxivdən çıxarırsınız. Mən E: diskində Program Files qovluğunun daxilində SpringBoot yaradıb oraya yerləşdirdim. Siz istəsəniz C: diskində sadəcə groovy qovluğunu yaradıb oraya yerləşdirə bilərsiniz.

Environmental Variables yaradanda:

GROOVY_HOME” üçün value (dəyər) “E:\Program Files\SpringBoot\Groovy\apache-groovy-binary-4.0.1
PATH-a əlavə: “%GROOVY_HOME%\bin

Əgər düzgün quraşdırdınızsa, terminalda groovy -v yazanda belə nəticə gəlməlidir:

Diqqətiniz üçün təşəkkürlər!

Bizimlə əlaqə: aytiqaqash.com/contact