Git switch və git restore.
Git yeni versiyada 2.23 git switch istifadə etmək imkanı yaratdı. Git checkout əmrinə çox oxşasa da, fərq var. Hal-hazırda 2.38ci versiyadır və git switch haqqında oxuya bilərsiniz rəsmi dokumentasiyadan. Mən də sizə burada qısa məlumat verim.
git checkout: budaqlar arasında keçid, yeni budaq yaratmaq və fayl bərpası üçün istifadə edilir.
git switch: budaq yaratmaq və budaqlar arasında keçid.
Misal:
git switch develop
# 'git checkout develop' əmri ilə eyni
git switch -c new-branch
# 'git checkout -b new-branch' əmri ilə eyni
git restore: işlədiyimiz ağacın fayllarının bərpası üçün
Misal:
git restore README.md
# 'git checkout -- README.md' əmri ilə eyni
git restore --staged README.md
# 'git reset HEAD README.md' əmri ilə eynidir.
Beləliklə checkout əvəzinə istifadə edə biləcəyimiz yeni iki əmrimiz var.
Bizi izləyin və kanalımıza abunə olun və bizə dəstək olun!
Saytımız: aytiqaqash.com