Rəsmi saytlara əsasən
Facebook Developer profili açmalıyıq
Qeydiyyatdan başlayırıq.
İlk öncə Facebook for Developers saytına keçid edib “Get Started” seçirik.
GET STARTED clicklədim belə bir səhifə gəldi:
Continue - yəni davam edirəm:
Mən merkitnglə bağlı emaillər almağın razılığını vermirəm. Siz istəsəniz razılıq verə bilərsiniz. Növbəti səhifədə özümüz haqqında məlumat vermək üçün bizə seçimlər verir:
Gördüyünüz kimi mən developer seçirəm. Ən azından məqsədim helədir. Digər variantlar haqqında məlumatım yoxdur, sizin təcrübəniz varsa zəhmət olmasa paylaşın. Qeydiyyatı tamamlamaq üçün “Complete Registration” edirəm.
Tamamlandı. Profilimizin daxilindəyik. Bizə yuxarıda vacib məlumat görsədir. Qeyd edir ki, email düzgün qeyd olunduğunu yoxlayım. Onlara da müraciət edərkən email cc vəya bccdə yox, bir başa göndəriləcək ünvan kimi qeyd olunsun. Bu arada email ünvanıma da belə bir mesaj göndəriblər.
Düşünürdüm təsdiq mesajı gələcək, amma burada email təsdiqləmək üçün heç bir qeyd görmədim. Ona görə davam edək.
Profilimizdə fikir versəniz heç bir app yoxdur. Deməli yaratmalıyıq. “Create App” kliklədim və yeni açılan pəncərə məni bir qədər çaşdırdı. İndi mən nə seçməliyəm? Düzünü desəm heç bilmirəm.
Biraz fikirləşib İlk və sonuncu seçim arasında qalıb sonuncunu seçdim. Ümid edirəm yanılmadım.
Tətbiqi nə üçün yaratdığımı və tətbiqlə bağlı əlaqə nömrəsini soruşur.
“Create app” edən kimi çox maraqlı bir pəncərə açıldı. Daha doğrusu tətbiqin imkanlarını görürük demək olar. Burada gördüklərimizdən istifadə edərək saytımızı daha da funksional edəcəyimizə inanıram.
Hələlik bu qədər. Bizi izləyib məqaləmizi oxuduğunuza görə sizə dərindən təşəkkür edirəm. Bizə əlavə dəstək olmaq istəsəniz ianə səhifəmizə nəzər yetirin. Əlaqə qurmaq üçün, belə bir səhifəmiz də var. Youtube kanalımıza abunə olmağı unutmayın.