ETL Testing nədir?

Posted on 2021-10-05 22:23:54

Ümumi məlumat.

Terminləri ingilis dilində yazacam. Hər hansı bir səhv ya tərcümə təklifi olarsa bizə sosial şəbəkələrdə yazın zəhmət olmasa.

ETL prosesin test olunmasını ETL testing adlandırırıq. Qısaca desək məlumatın mənbədən götürülüb, transformasiya edilib, hədəfə yüklənməsinə ETL prosesi deyirik. ETL ümumiyyətlə Extract Transform Load sözlərinin ilk hərflərindən əmələ gəlib. Extract sözünün tərcüməsi və mənası çıxarmaqdır. Transform - dəyişmək. Load isə yükləməkdir.

ETL testing-i öyrənmək üçün ən azından növbəti və onlara aid terminologiyaları bilməliyik:
* Data warehouse
* Database
* SQL
* ETL tools

Çalışacam yavaş-yavaş bütün bu mövzuları əhatə edim və ETL testing sahəsini daha dərindən və yaxşı birlikdə öyrənək. Hələlik gəlin ümumi məlumat olaraq. ETL prosesin necə baş verdiyini, mənbə və hədəfin nə olduğunu, transformasiya nəyə lazımdır və necə olduğunu biraz özümüzə aydınladaq.

Extract mənbədən olursa, mənbə nə ola bilər?

Mənbə əslində datanın saxlanıldığı flat fayl və ya verilənlər bazası (database) ola bilər. Flat fayl sadə .cvs formatında olan verilənlər bazası kimi istifadə olunan fayldır. Flat faylın daxilində hər record (verilənlər bazasında sətr) bir sətrdə yazılır. Sütünları ayırmaq üçün xüsusi işarə adətən tab və ya vergül istifadə olunur. Verilənlər bazası isə cədvəllərdən ibarət olur. Hər cədvəlin sətri və sütünları var. Extract hissəsində datanın düzgün ixrac olduğunu yoxlamalıyıq.

Transform necə olur, nəyə lazımdır?

Transform məlumatın hədəfdə yığılmasından asılı olaraq standarta uyğun gətirilməsi üçün istifadə olunur. Transform necə olur sualına biz gələcək məqalələrdə və youtube kanalımızda olacaq. Misal gətirəsi olsam tarixin formatını dəyişdirmək, sonra ad, soyad və ata adının müxtəlif sütünlardan yığılıb. Burada biz yoxlayırıq transformasiya düzgün olunur ya yox.

Load hissəsi isə transform olan məlumatı data warehouse-a yükləyirik. Yüklədikdən sonra yoxlamalıyıq düzgün yüklənib və ya yox.

Əlbəttə yuxarıda qeyd etdiklərim misallardır və test edəcəyimiz çoxlu məqamlar olacaq. ETL testing zamanı mapping dokumentimiz olur və həmin dokumentə əsasən test edirik. Mapping dokumenti özümüz yaradırıq biznesin tələblərinə uyğun olaraq.

ETL testing ilə bağlı qısa məlumat verdim. Diqqətiniz üçün təşəkkür edirəm.

İanə: https://aytiqaqash.com/donate

Youtube: https://www.youtube.com/c/AyTiQaqa%C5%9F
Facebook Qrup: https://www.facebook.com/groups/aytiqaqash
Facebook Səhifə: https://www.facebook.com/aytiqaqash
Telegram Qrup: https://t.me/aytiqaqashlar
Telegram Kanal: https://t.me/aytiqaqash
İnstagram: https://www.instagram.com/aytiqaqash/
Twitter: https://twitter.com/aytiqaqash