Açar sözlər nədir?
Proqramın müxtəlif componentləri və blokları olduğu kimi, sadəcə sözləri də olur. Bu sözlərdən bəziləri rezerv olunaraq, xüsusi məna daşıyır və proqramlaşdırma dili tərəfindən istifadə olunur. Misal class, public, void, for, int, static və s. Təxminən bu cür 50 dənə söz olmalıdır ki, onları da açar sözləri (keywords) adlandırırlar.
İdentifikatorlar nədir?
Açar sözlərindən əlavə istifadəçi (developer) tərəfindən yaradılan, proqramın müxtəlif komponentlərini tanıdan sözlər identifikatorlardır. Misal sinflərin adlanması, obyektin adı, methodların adı, dəyişkənlərin adı və s.
İdentifikatorların adlanma qaydaları:
- Case-sensitive ( Hərfi-həssas );
- Rəqəmlə başlaya bilməz;
- Hərf, $ vəya _ işarələri ilə başalaya bilər;
- Aralıqla bölünən sözlərdən ibarət ola bilməz (Mis. “adam adı” olmaz);
- Açar sözlərindən identifikator kimi istifadə etmək olmaz;
- Uzunluğunda məhdudiyyət yoxdur.
Bu məqaləmiz qısa alındı. Yazmaq istədiyimi artıq yazdım. Bundan sonra Datanın növlərindən yazmaq istəyirəm. Onu ayrıca bir məqalə kimi yazmağı seçdim. Suallarınız olarsa soruşun.
Diqqətiniz üçün təşəkkür.
İanə: https://aytiqaqash.com/donate
Youtube: https://www.youtube.com/c/AyTiQaqa%C5%9F
Facebook Qrup: https://www.facebook.com/groups/aytiqaqash
Facebook Səhifə: https://www.facebook.com/aytiqaqash
Telegram Qrup: https://t.me/aytiqaqashlar
Telegram Kanal: https://t.me/aytiqaqash
İnstagram: https://www.instagram.com/aytiqaqash/
Twitter: https://twitter.com/aytiqaqash