Nümunə üzərindən.
Ümumi məlumat
Postman proqram təminatını açdıqda, profilimizə daxil olmazdan öncə bizə daha yüngül versiya olaraq təqdim olunur. Biraz göz gəzdirib sağ tərəfdə nümunələrin təklif olunduğunu gördüm. Nümunələrin yoxlamaya aid olduğuna görə xüsusi diqqətimi çəkdi. Qərar verdim həm məqaləsini yazım, əgər yaxşı olarsa videonu da hazırlayım. Deyilənə görə nümunə bizə yoxlama üçün scriptlərin yazılmasına kömək edəcək. Sintaksisdən başlayıb APİ yoxlamaların müxtəlif misallarına keçəcəyik. APİların statusunu, sorğu vaxtını, və JSON sxemasının yoxlanmasını öyrənəcəyik.
APİ əsaslarını yoxlamaq üçün hazırlanan nümunəyə nələr daxildir?
Nümunə özündə sadə sorğuları toplayaraq, həmin sorğular üçün artıq yazılmış skriptlər var. Skriptlər sizin baxıb öyrənməyiniz üçün yararlı olacaq ki, siz də özünüz dəyişiklik edərək və ya özünüz yenidən yazaraq təcrübə yığa biləcəksiniz.
APİ yoxlamanın fərqli növləri hansılardır?
Unit Testing: İndividual funksionallığı və ya metodları yoxlamaq üçün istifadə olunur. Əsas məqsəd o kiçik funksiya və ya metodun gözləndiyi kimi yaxşı işləməsini yoxalayaq və təsdiqləyək. Elə unit sözü xüsusi kiçik bir hissə kimi anlanılır.
Functional Testing: Tam Funksionallığa qoyulan tələbləri APİ tərəfindən gözləndiyi kimi yaxşı yerinə yetirilməsini yoxlayırıq. Bu bir neçə APİ istifadə olunaraq ssenari şəklində də ola bilər.
İntegration testing: Müxtəlif komponentlərin bir biri ilə əlaqələndirilməsi və düzgün işlədiyini yoxlamaq üçün inteqrasiya yoxlamasını aparırıq. Məlumat komponentlər arasında itkisiz və tələblərə uyğun dəyişdirilməlidir.
Performance testing: APİların işləməsini və genişlənə bilməsini yoxlayır. Nəzərdə tutulan mühitdən asılı olaraq APİ özünü eyni aparacaq ya təqdimatında düşüşlər olacaq kimi məqamları yoxlamaqdır.
Security testing: APİların həssaslığını tapmağa köklənən yoxlama növüdür. Burada əsas məqsəd boşluqları tapmaqdır ki, həmin boşluqlar təhlükə riskini artıra bilər. Bunlara misal SQL inyeksiya, və avtorizasiya keçməmiş istifadə ola bilər.
Load Testing: API-nin gözlənilən və pik yüklənmə altında davranışını və performansını qiymətləndiririk, onun gözlənilməyən istifadəçi trafikini tənəzzül olmadan idarə edə bilməsini təmin etməsini yoxlayırıq.
Stress testing: Həddindən artıq yükləri necə idarə etdiyini müəyyən etmək və stres şəraitində dayanıqlığını ölçmək üçün API-ni tutum limitlərindən kənara çıxaraq yoxlayırıq.
Usability testing: API-nin istifadə rahatlığını, o cümlədən aydınlığını, istifadəçi nə dərəcədə aydın şəkildə təşkil olunduğunu yoxlayırıq.
APİ Yoxlamadan nə cür bug və defect çıxa bilər?
- Functional bugs: Hesablamanın APİ tərəfindən düzgün aparılmaması, status kodların səhv olması, Sxemanın tələblərə zid olması və s. kimi xüsusiyyətlər əslində xəta, bug, defect kimi qeydə alınmalıdır.
- Integration bugs: İnteqrasiya zamanı komponentlərin komunikasiyasında gecikmə, tamamlanmamış cavab, və ya cavabın formatı sxeması və s. kimi halları yoxlama zamanı aşkar etmək mümkündür.
- Performance bugs: Ümumiyyətlə APİ sonnöqtənin gec cavablandırması, tez-tez timeout xətası, bir istifadəçi ilə yaxşı işləyib, daha çoxu ilə qırılması və s. yoxlama zamanı qarşımıza çıxacaq problemlər ola bilər.
- Security bugs: Təhlükəsizlik də artıq qeyd etdiyimiz kimi həssasqlığı yoxladığına görə, cavab olmamalı məlumatın gəlməsi, SQL sorğularına təsir etmə imkanı, avtorizasiyasız APİ istifadəsi, Serverin davamlılığı üçün qoyulan limitləri yan keçmək kimi xətalar yoxlamada aşkar edilə bilər.
APİ yoxlamanın ən primitiv addımlarına nələr daxildir?
Addım 1. Test planning: İlk addımda biz APİya qarşı tələbləri müəyyən etməli, əhatə dairəsini aydınlaşdırmalıyıq, APİ hansı sonnöqtələrini (endpoints) yoxlayacağımızı planlaşdırmalıyıq.
Addım 2. Test environment setup: Yoxlama mühitinin quraşdırılması, yoxlama üçün lazım olan məlumatın (datanın) hazırlamalıyıq, asılılıqlar hamısı yerində olmalı və APİ yoxlama üçün hazır olmalıdır.
Addım 3. Test case design: Ssenari və keysləri hazırlayırıq. Yoxlamanın planlaşdırılan əhatə dairəsinə əsasən, hansı yoxlama növündən istifadə edəcəyimzə uyğun bütün keyslər yazılmalıdır.
Addım 4. Test execution: Keysləri işlətməli və yoxlamanı beləliklə başlayırıq. Xətaları qeydə alırıq və ona uyğun lazım olan proseduru edirik.
Addım 5. Test reporting: Yoxlamanın nəticəsini hesabat olaraq hazırlayıb komandaya təqdim edirik.
Addım 6. Test maintenance: Düzəlişlərə və dəyişikliklərə əsasən test keysləri və yoxlama zamanı istifadə olunan skriptləri yeniləyirik. Çox önəmli addımdır.
Məqalənin sonuna gəldik çatdıq. Bir çox yerdə öz sözlərim ilə izah edib və məğzini paylaşdım. Ona görə məqaləni tərcümə hesab etmək düzgün olmaz. Hər-halda təqdim olunan ümumi bir nümunə idi ki, APİ yoxlama etmək istəyəndə ən azından yuxarıda qeyd olunanları edəsiniz. Sizin komanda APİ yoxlamanı necə etmək istəyəcək artıq komandadan asılıdır.
Ən sonda az qalmışdır yadımdan çıxsın. Dostlar bizi youtube, facebook, tik-tok və instagramda izləyin zəhmət olmasa. Bizi axtarış yerlərində “aytiqaqash” yazmaqla tapa bilərsiniz. Udemy kursumuzu endirimlə əldə etmək üçün bizimlə əlaqə saxlayın. Whatsapp: +994518094661