1 Saatlıq işimi necə dəyərləndirim?!

Posted on 2022-05-07 03:57:55

Freelancer işləyənlərə maraqlı olar…

Hər vaxtınız xeyir, dostlar.

Teleqram qrupunda belə bir sual gördüm. Özümdə yaranıb nə vaxtsa bu sual, ona görə soruşanı çox gözəl başa düşürəm. Bəxtimdən həmin ərəfədə mənimlə çalışan və istənilən suala həvəslə cavab verən senior bir developer var idi. Ondan soruşdum dedi, qiyməti təyin etmək problem deyil. Əsas işi nə qədər vaxta görə bilərsən onu müəyyən etməkdir. Yəni əgər bir işi 5 dəqiqəyə edə bilərsənsə bu o demək deyil ki, ucuz eləməlisən. Hər halda onu 5 dəqiqəyə etmək üçün illərini, pullarını və canını oxumağa, öyrənməyə və təcrübəyə vermisən.

1. Bəs siz tapşırığı nə qədər vaxta edə biləcəyinizi bilirsiz? Şərhdə cavablayın zəhmət olmasa.

Tapşırığı necə dəyərləndirim bəs?!

Bunu bacarmağa əslində həqiqətən təcrübə lazımdır. Amma tək təcrübə istədiyimizə nail olmağa imkan yaratmır. O qədər təcrübəli insanlar var, demək olar heç vaxt freelancer və ya saat hesabı işləməyib. Belə bir taktikadan istifadə etməyi mənə tövsiyyə edir: Hər dəfə nə tapşırıq eləsən, neçə dəqiqə vaxtını aldığını qeyd elə.

Bu taktikanı düzünü təəsüflə deyim ki, eləmədim. Ona görə də hələ də dəqiq deyə bilmərəm bir iş saatımın dəyəri nə qədərdir. Amma iş olanda sadəcə şirkətdən aldığım maaşın 1 saatına düşən payı deyirəm. Bu nəyə görə düzgün deyil. Adətən şirkətdə effektiv iş saatı, yəni həqiqətən işlədiyimiz saat ortalama maksimum gəlir 5–6 saata çıxır (çıxmalıdır) (P.s. normal şirkətdən danışıram). Ona görə əslində siz işinizi daha az dəyərləndirmiş olursunuz. İndi qayıdaq taktikaya. Deməli siz təcrübəli və vaxtı dəyərləndirəcək qədər bacarıqlı olduqdan sonra. Siz tapşırıqdan asılı olmayaraq bir saata nə qədər gəlir əldə etmək istədiyinizi biləcəksiz. Müştəriyə deyəcəksiz keyfiyyətli və X vaxta tapşırığı Y qiymətə edəcəm, bir saatıma bu qədər götürürəm. Nə lazım olsa edə bilərəm sizə sadəcə tapşırıqdan asılı olaraq neçə saata edəcəyimi deyəcəm. Daha pis bilən ucuz və gec edəcək, daha yaxşı bilən baha və tez edəcək. Beləliklə əsas vaxtı düzgün dəyərləndirməkdir ki, həm müştəri razı qalsın, həm də siz.

2. Bəs siz necə 1 saatınızı dəyərləndirirsiz? Zəhmət olmasa şərhdə cavablandırın.

Diqqətiniz üçün təşəkkür edirəm.

Bizə ianə etmək üçün: AytiQaqash İanə
Bizimlə əlaqə: Sosial şəbəkələrdə biz