SDLC və STLC
SDLC — Software Development Life Cycle — proqram təminatı yaradılması üçün fəaliyyətlərdən ibarət dövr. Tələblərin yığılması (requirements), Dizayn, Kodun yazılması, Testing, Deployment və Maintainance. STLC — Software Testing Life Cycle — proqram təminatını yoxlamadan keçirmək üçün fəaliyyətlərdən ibarət həyat dövrüdür. STLC — SDLCnin bir hissəsidir. SDLCdə Testing dediyimiz elə STLCdir. STLC haqqında məqaləmiz artıq var deyə, burada o qədər də yazmıram.
Ziya
11/12/20251 min read
Fərq.
SDLC — Software Development Life Cycle — proqram təminatı yaradılması üçün fəaliyyətlərdən ibarət dövr. Tələblərin yığılması (requirements), Dizayn, Kodun yazılması, Testing, Deployment və Maintainance.
STLC — Software Testing Life Cycle — proqram təminatını yoxlamadan keçirmək üçün fəaliyyətlərdən ibarət həyat dövrüdür. STLC — SDLCnin bir hissəsidir. SDLCdə Testing dediyimiz elə STLCdir. STLC haqqında məqaləmiz artıq var deyə, burada o qədər də yazmıram.
Müqaisə edək:
Əslində bu ikisini müqaisə etmək biraz məntiqə ziddir. Bəli ikisidə həyat dövrüdür, lakin birində proqram təminatı yaradılır, digərində yaradılan proqram təminatı yoxlanılır. Proqram təminatının hazırlanmasında əsas fəaliyyət düşür proqramçılar üzərinə, STLC isə əsas testerlər tərəfindən aparılır. Əlbəttə hər ikisində biznes analist, product/project owner, managerlər və s. iştirak edir. Yuxarıda qeyd etdiyim kimi STLC sadəcə SDLCnin bir fazasıdır. Sadəcə sizə bu sualı versələr özünüzü itirmədən cavab verin və məntiqi izahı müsahibə edən şəxsə bildirin. Əlavə istəsəniz SDLC və STLCnin addıları və fazalarından danışıb fərqini göstərə bilərsiniz.
STLC:
Requirement Analysis — Tələblərin analizi
Test Planning — Test Planın hazırlanması
Test case development — Test keyslərin hazırlanması
Test Environment setup — Test mühitinin yaradılması
Test Execution — Test keyslərin işlənilməsi
Test Cycle closure — Test etmə dövrünün tamamlanması
SDLC:
Requirement Analysis — Tələblərin yığılması
Design — Dizayn
Software Build — Kodun yazılması
STLC — Testing
Deployment — Kodun productiona yüklənməsi
Maintainance — Dəstək.
Hələlik bu qədər. Bizi izləyin ki, yeni paylaşımları qaçırmayasınız. Diqqətiniz üçün təşəkkür edirəm.
Youtube, Facebook Qrup, Facebook Səhifə, Telegram Qrup, Telegram Kanal, İnstagram, Twitter